Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

İspaniyada “Rayo Valyekano” Yunanıstan təmsilçisi AEK-i qəbul edəcəksə, “Şaxtyor” “Alkmaar”la münasibətlərinə aydınlıq gətirəcək. İngiltərə və Almaniyada isə “Böyüş Beşlik” ölkələri təmslçiləri bir-birini sınağa çəkəcək.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

20:45. “Rayo Valyekano” (İspaniya) – AEK (Yunanıstan)

23:00. “Şaxtyor” (Ukrayna) – “Alkmaar” (Niderland)

23:00. “Kristal Pelas” (İngiltərə) – “Fiorentina” (İtaliya)

23:00. “Maynts” (Almaniya) – “Strasburq” (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

Shares: