Basketbol üzrə Avroliqa turnirində 36-cı tura yekun vurulub.

Autsayderlərin qarşılaşmasında “Anadolu Efes” evdə “Partizan”a qalib gəlib – 79:72. İstanbul klubu overtaymda üstünlüyü təmin etməklə serblərin 6 oyunluq qələbə seriyasına yekun vurub.

Digər oyunda “Monako” ASVEL-ə 81:76 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində knyazlıq klubu yenidən pley-in zonasına qayıdıb.

Çempionatda lider “Olimpiakos”dur. Ondan 1 qələbə geri qalan “Valensiya” və “Fənərbağça” ikinci yeri bölüşür.

Shares: