Son 6 ildə ilk dəfə olaraq, Nürburqrinqdəki 24 saatlıq dözümlülük yarışı tam heyətlə keçiriləcək və start xəttinə 150 avtomobil çıxacaq. Formula 1 üzrə dörqqat dünya çempionu Maks Ferstappen iştirakını təsdiqlədikdən sonra yarışa maraq artıb.
“Auto Motor und Sport”un məlumatına görə, nəticədə iştirakçıların sayı müəyyən edilmiş limiti keçib və bu da təşkilatçıları ilkin seçim prosesi aparmağa məcbur edib.
Müraciətin son tarixindən sonra sinif balansı, eləcə də komandaların və avtomobillərin texniki və idman göstəriciləri nəzərə alınmaqla yekun siyahı tərtib ediləcək. Hansısa iştirakçının buraxılmayacağı halında, boş yerlər əvvəllər seçilməyən digər komandalara verilə bilər.






