Kiprdə şahmatçılar arasında “İddiaçılar Turniri” davam edir. Dünən turnirdə 8-ci turun partiyaları oynanılıb.
Yarışlarda liderlik edən Cavohir Sindarov qara fiqurlarla Almaniyadan olan Matias Bluebaumla heç-heçə edib. Özbəkistanlı şahmatçı 7 xalla turnir cədvəlinə başçılıq edir.
Turun həlledici qarşılaşmasında Fabiano Karuana (ABŞ) Aniş Giriyə (Niderland) uduzub. Bununla da Giri rəqibini keçərək turnir cədvəlində 2-ci pilləyə qalxıb. Hazırda onun 5,5 xalı var.
Digər iki oyundakı nəticələr belədir:
Hikaru Nakamura (ABŞ) – Andrey Yesipenko (Rusiya) 1/2:1/2
Rameşbabu Praqnanandhaa (Hindistan) – Vey Yi (Çin) 1/2:1/2






