Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq qran-pri turniri keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq.

Turnirdə 9 ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.

Qran-pri turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.

Shares: