Milli komandalarımızdan daha birinin baş məşqçi postu ilə bağlı qərar verilib.
Futbolinfo.az saytının məlumatına görə, U-17 yığmasının çalışdırıcısı Aqil Nəbiyevin durumu dəqiqləşib.
AFFA rəhbərliyi 43 yaşlı mütəxəssisin fəaliyyətindən məmnun qalıb. Bu üzdən onunla yeni müqavilə imzalanıb. Qərar tezliklə rəsmən açıqlanacaq. Lakin U-16 və U-18 yığmaları ilə bağlı hələ qəti qərar verilməyib. Buna qədər həmin yığmalara da məhz Aqil Nəbiyev rəhbərlik edirdi.
Qeyd edək ki, U-17 yığmamız bu ilin noyabrında Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq.






