Bu həftənin sonunda UFC-nin daha bir tədbiri olacaq. UFC 327 adlı tədbir Mayamidə keçiriləcək.

Tədbirdə ABŞ prezidenti Donald Trampın iştirakı gözlənilir. Qeyd edək ki, Tramp UFC və qaydasız döyüşlərin pərəstişkarıdır. Onun gələcəyini UFC-nin prezidenti Dana Vayt məlumat verib.

Qeyd edək ki, aprelin 12-də baş tutacaq gecənin əsas döyüşü yarımağr çəkidə İrji Proxazka ilə Karlos Ulberq arasında olacaq.

Shares: