Dünya Badminton Federasiyası (BWF) bəzi beynəlxalq turnirlərdə sintetik volanların istifadəsini təsdiqləyib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
“Bu təşəbbüs BWF-nin elit səviyyədə sintetik volanlardan potensial istifadənin qiymətləndirilməsi üçündür. Sınaqlar zamanı məhsulun performansı, eləcə də oyunçuların, texniki mütəxəssislərin və tədbir təşkilatçılarının rəyləri toplanacaq. Bu məlumat BWF-yə qiymətləndirmədə kömək edəcək və yüksək səviyyəli turnirlərdə sintetik volanların istifadəsi ilə bağlı qərarlar üçün əsas rol oynayacaq”, – deyə BWF-nin mətbuat xidməti bildirib.
Qeyd edək ki, ənənəvi volan alətə düzgün fırlanma vermək üçün eyni qanaddan götürülmüş 16 ördək və ya qaz lələyindən hazırlanır. Müxtəlif qanadlarda, xüsusən də müxtəlif quşların lələklərində əyrilik fərqli olur.





