Neymar ABŞ klubuna keçə bilər. Braziliyalı ulduz MLS təmsilçisindən ciddi təklif alıb.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu Avropaya qayıtmaq istəsə də, onunla maraqlanan yoxdur. Əvəzində “Sinsinatti” Neymarı heyətə qatmaq üçün hərəkətə keçib. Klub infrastrukturunu yaxşılaşdıran və maliyyə imkanlarını artıran klub ulduz oyunçu transferi ilə nəticələrində də irəliləyiş əldə etmək niyyətindədir.

“Santos”la ilin sonunadək müqaviləsi olan Neymar qərarını dünya çempionatından sonra verəcək. Hazırda onun əsas məqsədi Braziliya yığmasının heyətinə düşərək mundiala yollanmaqdır.

Shares: