“Liverpul”un müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda komandadan ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, klubun mətbut xidməti məlumat yayıb.
31 yaşlı şotlandiyalı futbolçunun “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Tərəflər arasında yeni sözləşmənin imzalanmaması qərara alınıb.
Xatırladaq ki, Endryu Robertson 2017-ci ildən “Liverpul”un formasını geyinir.





