“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxacaq.
Komandanın rəqibi Serbiya təmsilçisi “Borats” olacaq. Qarşılaşma Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, “Sabah”ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib -72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 hesabı ilə uduzub.





