Rumıniya milli komandasının keçmiş məşqçisi Mirça Luçesku bu gün dəfn olunacaq.

“Digi24” onlayn portalının məlumatına görə, məşhur futbol məşqçisi Buxarestdəki “Bellu” qəbiristanlığında torpağa taşırılacaq.

Xatırladaq ki, Luçesku leykemiyadan vəfat edib.

Mirça Luçesku Rumıniya milli komandasının məşqi zamanı vəziyyəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. Ona kəskin miokard infarktı diaqnozu qoyulub.

Bazar günü vəziyyəti pisləşən mərhum süni komaya salınıb. Rumıniyalı məşqçi aprelin 7-də vəfat edib.

Shares: