Bu gün Misli Premyer Liqasında 27-ci tura start veriləcək.

Futbolinfo.az saytının məlumatına görə, 7 futbolçu cəza səbəbindən turu buraxmalı olacaq.

Onlardan biri – “Şamaxı”nın portuqaliyalı yarımmüdafiəçisi ötən turda qırmızı vərəqə aldığı üçün “Qarabağ”la sabahkı matçda komandasına kömək edə bilməyəcək. Baş məşqçi Ayxan Abbasov daha bir aparıcı oyunçusunun xidmətindən məhrum olacaq. Belə ki, hücumçu Karim Rossi mövsümdə ikinci dəfə 4 sarı vərəqə limitini doldurub. Ümumilikdə sarı vərəqə sayı 8 olan isveçrəli forvard matçı kənardan izləməli olacaq.

“Kəpəz”li Dioqo Verdaska da passivindəki sarı vərəqə sayını 8-ə çatdırdığı üçün “Karvan-Yevlax”la bugünkü qarşılaşmada yer almayacaq.

Bundan başqa, “Araz-Naxçıvan”dan Ürfan Abbasov, “İmişli”dən Dioqo Almeyda, “Turan Tovuz”dan Alexandro Serrano və “Qarabağ”dan Dani Bolt 4 sarı vərəqə limitini doldurduqları üçün turu buraxacaqlar.

Qeyd edək ki, 27-ci turda “Karvan-Yevlax” – “Kəpəz”, “Şamaxı” – “Qarabağ”, “Sabah” – “Zirə”, “Neftçi” – “Araz-Naxçıvan”, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” oyunları keçiriləcək.

Shares: