“Turan Tovuz”un  ispaniyalı yarımmüdafiəçisi Roberto Olabenin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 26-cı turunda “İmişli” səfərində 1:1-lik heç-heçə edib ciddi xallar itirdiniz. Sizcə, qələbə üçün nə çatmadı?

– Biz hər oyuna qələbə üçün çıxırıq. Bilirik ki, oyunumuzu yaxşılaşdırmalı və yenidən qalib gəlməyə başlamalıyıq. Bunun üçün əlimizdən gələni edirik. Düşünürəm ki, daha yaxşı nəticələr əldə edəcəyik.

– Meydanın durumu necə idi? Ümumiyyətlə, düşünürsünüz ki, ot örtüyü qələbənizə mane oldu?

– Meydanın vəziyyəti bəhanə deyil, hər iki komanda üçün eyni idi. Avrokuboklara vəsiqə qazanmaq üçün liqadakı hər meydanda mübarizə aparmalı və qalib gəlməliyik. Bu, bizim əsas hədəfimizdir. Fərqi yoxdur ki, harda oynayırıq. Sadəcə qələbə qazanmaq lazımdır.

– “Turan Tovuz” milli fasilədən öncə yaxşı oyun göstərir və nəticə qazanırdı. Fasilə sizə mənfi təsir etdi?

– Milli fasilənin bununla heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, heç bir təsiri yoxdur. Sadəcə futboldur və hər cür situasiya ilə qarşılaşırsan.

– Növbəti oyunlarda qələbələr qazanacağınıza inanırsınız? Qalibiyyət seriyası yaratmaq mümkündür?

– Biz hər gün qələbə qazanmaq üçün hazırlaşırıq. Bu, bizim məqsədimizdir. Meydana çıxırıq ki, 3 xal qazanaq, qələbələr əldə edək. Bundan sonrakı matçlarda da məqsədimiz və istəyiimiz qələbələr qazanmaq olacaq.

– Növbəti matç evdə “Sumqayıt”ladır və Tovuzda keçiriləcək. Bu amil uğurunuza təsir edəcək?

– Bəli, Tovuzda, azarkeşlərimizin qarşısında oynamaq bizim üçün daha asan olacaq. Onlar bizə çox kömək edirlər. Biz onlar üçün və qalib gəlmək üçün oynayırıq. Doğma meydanda dəstək hər zaman lazımdır.

FƏRİD

Shares: