AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda 1-ci liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Şəfa” – “Səbail” oyununun 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza alıb, “Səbail” komandası 2400 manat cərimə edilib.

“Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilib.

Shares: