Aprelin 25-də Monakoda yerləşən “Grimaldi Forum” konqres mərkəzində “RM Sotheby’s” tərəfindən hərrac keçiriləcək. Sərgidə üçqat dünya çempionu Ayrton Sennanın debüt etdiyi avtomobil də daxil olmaqla, dörd əfsanəvi Formula 1 avtomobili nümayiş olunacaq.
Sennanın Toleman TG183B avtomobilindən əlavə, hərraca Ferrari 312 T3 (1978 mövsümü), Ferrari 642 (1991 mövsümü) və Fittipaldi F6/A (1979 mövsümü) də çıxarılacaq. Hərracın siyahısına görə, Ferrari 312 T3-ün qiyməti 4,5 milyon avro ilə 5,5 milyon avro arasında, Ferrari 642-nin qiyməti 3 milyon avro ilə 4 milyon avro arasında, Toleman TG183B-nin qiyməti 2,8 milyon avro ilə 3,8 milyon avro arasında, Fittipaldi F6/A-nın qiyməti isə 500 000 ilə 700 000 avro arasında dəyişir.
Qeyd edək ki, adları sadlanan bolidləri Sennadan başqa, Toleman, Prost və digər əfsanələr idarə edib. Bundan başqa 2003-cü il buraxılışı olan EJ13 Jaguar şou avtomobili də satışa çıxarılacaq.






