Bu gün Gürcüstanla keçirilən yoldaşlıq oyunundan sonra futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, 2:5 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadı etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.






