“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev Misli Premyer Liqasının 27-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Final oyunu kimi çıxmışdıq. Birinci hissə “Neftçi”, ikinici hissə biz yaxşı oynadıq. Əvəzetmələrlə oyunu düzəltdik, qol da vurduq. Cinah oyunçularımız yox idi. Komandamızdan 2-ci hissədə razı qaldım. “Neftçi”ni təbrik edirəm.

Qarşıda 6 oyunumuz var. Rəqiblərimizin də oyunları olacaq. Tam demək olmaz ki, avrokuboklardan qopduq. Ola bilər ki, rəqiblərimiz də xal itirəcək.

Cinah oyunçularımız yox idi. Paro cinah oyunçusu deyil. Ömər Buludov da sol cinah oyunçusu deyil. Ehtimal etmirdik ki, belə bir şey ola bilər. Amma oldu. Bruno Franko da zədəlidir. O da olsaydı, tamam başqa futbol oynayacaqdıq. Cinahda belə səhvlər etməyəcəkdik”.

Shares: