Monte-Karloda torpaq kortlarda ilin ilk “Masters” turniri başa çatmaq üzrədir. Artıq turnirdə yarımfinal oyunları keçirilib.

İlk olaraq korta Yannik Sinnerlə Aleksandr Zverev çıxıblar. Dünya reytinqinin 2 və 3-cü pillələrində qərarlaşan tennisçilərin oyununda gərgin mübarizə olmayıb. İtalyan tennisçi çətinlik çəkmədən Zverevə qalib gəlib – 6:1, 6:4.

İkinci yarımfinalda korta yerli tennisçi Valentin Vaşero çıxıb. Keçən il gözlənilmədən “Masters” turnirində çempion olan Vaşero Karlos Alkarasa hər iki setdə məğlub olub – 4:6, 4:6.

Beləliklə də, finalda tamaşaçılar Alkaras – Sinner oyununu izləmək imkanı əldə ediblər.

Xatırladaq ki, bu il ilk dəfə bu iki tennisçi rəsmi oyunda üz-üzə gələcək. Qalib gələn tennisçi bazar ertısi dünya reytinqinə başçılıq edəcək.

Shares: