“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında sonuncu oyununu bu gün keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 7-8-ci yerlər uğrunda Türkiyənin “Tofaş” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.
U-18 daha əvvəl 5-8-ci yerlər uğrunda görüşdə Serbiyanın “Borats” klubuna uduzub – 60:67.
Qrup mərhələsində Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivinə qalib gələn (72:61) “Sabah” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya (58:88) məğlub olub.






