“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 27-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq. Öz səhvlərimizdən qollar buraxdıq. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi.

Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsünüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, “Araz-Naxçıvan”la görüş, “Neftçi” ilə matç. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir”.

Shares: