“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Çox vacib qələbə idi. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Allah şükürlər olsun ki, qələbə qazandıq. 2:0-dan sonra çalışdıq ki, hesabı qoruyaq. Bir qol da buraxdıq. Şükürlər olsun ki, hesab 2:2 bitmədi.
Meydançanın vəziyyəti çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir”.






