Misli Premyer Liqasının 2026-27 mövsümündə ən yüksək üçüncü tamaşaçı göstəricisi qeydə alınıb.
Futbolinfo.az saytının məlumatına görə, turun 6 oyununu ümumilikdə 12 820 nəfər izləyib.
Bu tur yalnız 12 və 1-ci turlardan geri qalır. Sözügedən turlarda müvafiq olaraq 16 277 və 14 626 nəfər olub.
27-ci turun oyunlarında tamaşaçı sayı belədir:
“Turan Tovuz” – “Sumqayıt”: 4500
“Karvan-Yevlax” – “Kəpəz”: 2500
“Neftçi” – “Araz-Naxçıvan”: 2200
“Şamaxı” – “Qarabağ”: 2100
“Sabah” – “Zirə”: 1320
“Qəbələ” – “İmişli”: 200






