“Zirə”nin müdafiəçisi Ruan Renato cari mövsüm Misli Premyer Liqasında braziliyalı futbolçuların qol sayını 50-yə çatdırıb.
Futbolinfo.az saytının məlumatına görə, mövsümlük yubiley qolu “Sabah” – “Zirə” oyununda qeydə alınıb. Renatonun penaltidən fərqlənməsi sayəsində braziliyalılar 50 qol həddinə çatan ilk ölkə nümayəndələri olub.
27-ci turda ümumilikdə 5 braziliyalı futbolçu fərqlənib. “Sabah” – “Zirə” oyununda 2, “Neftçi” – “Araz-Naxçıvan”, “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” matçlarının hərəsində bir “sambaçı” toru silkələyib.
Ümumiyyətlə, yerliləri nəzərə almasaq, hazırda çempionatımızda Braziliya 53 qolla birinci pillədə qərarlaşır. İkinci sırada 47 topla Fransa yer alır. Almaniya isə nümayəndələrinin 32 qoluna sevinib.
Qeyd edək ki, bu mövsüm “Turan Tovuz” 11, “Araz-Naxçıvan 9, “Zirə” 8, “İmişli” 7, “Kəpəz” 6, “Sabah” 2, “Qarabağ” 4, “Neftçi” və “Şamaxı” 3 dəfə braziliyalıların qoluna seviniblər.






