Monte-Karloda “Masters” turnirinə yekun vurulub. Finalda dünya reytinqinin liderləri Karlos Alkarasla Yannik Sinner qarşılaşıb.

İlk setdə hərəyə bir breyk edən tennisçilər tay-breykə qədər oynamaq məcburiyyətində qalıblar. Orada isə italyan tennisçi daha üstün olub.

İkinci setdə Alkaras yenə də breyklə önə keçsə də üstünlüyünü qoruya bilməyib. Ardıcıl 5 geymdə qalib gələn Sinner çempion olub – 6:3.

Bununla da, o , karyerasında 27-ci titulunu qazanıb. Bu göstəriciyə görə Sinner ispan tennisçini qabaqlayıb.

Qeyd edək ki, Sinner “Masters”də ardıcıl qələbələrinin sayını 22 oyuna çatdırıb.

Shares: