Adətinə uyğun olaraq , Monte-Karloda keçirilən tennis üzrə “Masters” turniri digər idman növlərindəki ulduzların marağını cəlb edib. Dünən keçirilən Alkaras – Sinner qarşılaşması zamanı da tribunalarda bir neçə məşhur simanı görmək mümkün olub.
Finala qədər keçirilən oyunlarda da görünən Corc Rassel həlledici qarşılaşmanı da VIP-tribunadan izləyib. Formula 1 üzrə dünya çempionatında hazırda lıiderlərdən biri olan britaniyalı pilot oyuna Sinnerin boksundan tamaşa edib. O, görüşə qız rəfiqəsi ilə gəlib.
“Ferrari” sürücüsü Şarl Lekler isə qardaşı və həyat yoldaşı ilə tribunalarda görünüb. Xatırladaq ki, monakolu sürücünün qardaşı da peşəkar pilotdur.







