Meksikanın “Pumas” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio 14-cü turda “Mazatlan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub.
Futbolinfo.az xəbər verir ki, braziliyalı hücumçu qarşılaşmadan sonra fikirlərini bildirib.
29 yaşlı forvard Azərbaycandan sonra Meksikaya da uyğunlaşdığını deyib: “Komandaya daha bir qol vurmaqla kömək edə bildiyim üçün xoşbəxtəm. Turnir cədvəlinin yüksək pillələrində yer aldığımız üçün hər xal dəyərlidir. “Pumas”da çox xoşbəxtəm, Azərbaycanda olduğu kimi, Meksikada da həm komandama, həm də ölkəyə qısa müddətdə uyğunlaşıram. Getdikcə daha rahat və inamlı oluram”.
Qeyd edək ki, Juninyo Olavio “Pumas”ın heyətində 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.






