“Barselona”nın oyunçusu Lamin Yamal profil şəkli kimi “Los Angeles Lakers”in hücumçusu Lebron Ceymsin MBA Çempionluq Kubokunu əlində tutduğu fotonu qoyub. Ulduz futbolçu bunu nə üçün etdiyini də açıqlayıb.

Xatırladaq ki, şəkil 2016-cı il MBA finalındandır, həmin seriyada “Klivlend Kavalers” “Qolden Steyt Vorriors”a qarşı 1:3 hesablı məğlubiyyətdən sonra titul qazanmışdı.

“Barselona” Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub. Cavab oyunu bu gün  Madriddə keçiriləcək.

“Lebron bu oyun üçün mənə ilham verə biləcək fiqurlardan biridir, ona görə də onu seçdim. Onun necə geri dönüş etdiyini düşünürdüm və ümid edirəm ki, mən də eyni şeyi təkrarlaya bilərəm. Komanda şəklində bunu bacarmalıyıq”, – deyə “Mundo Deportivo”nun məlumatına görə Yamal qeyd edib.

Shares: