“Vest Hem”in baş məşqçisi Nuno Espirito Santu klub İngiltərə Premyer Liqasından düşsə belə, vəzifəsində qala bilər.

Portuqaliyalı sentyabr ayından bəri kluba rəhbərlik edir. O vaxt “Vest Hem” turnir cədvəlində 19-cu yerdə idi. Nuno komandanın oyununu sabitləşdirib və qış transferləri də daxil olmaqla, düşmə zonasından çıxara bilsə də, “Tottenhem”in ardıcıl iki qələbədən sonra vəziyyətini pisləşdirib.

“The Telegraph” qəzetinin məlumatına görə, mövsümün necə bitməsindən asılı olmayaraq, London klubunun rəhbərləri Nunonun işindən məmnundurlar və portuqaliyalı məşqçinin qalmasını istəyirlər. Rəhbərlik Espirito Santunu transferlərlə dəstəkləməyə hazırlaşır, lakin Nunonun özü hələ Çempionşipdə məşqçilik etməyə hazır olduğunu təsdiqləməyib.

Shares: