21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Türkiyənin İsparta şəhərinə yollanıb.

Futbolinfo.az xəbər verir ki, U-21 “Davraz Barida” otelində məskunlaşıb.

Türkiyə mətbuatında bununla bağlı maraqlı məlumat dərc edilib. Bildirilib ki, Azərbaycanla yanaşı, Bəhreyn və Qırğızıstanın U-21 yığması da eyni oteldə qalır və bu 3 komandanın iştirakı ilə İsparta Atatürk stadionunda beynəlxalq turnir təşkil olunacaq.

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu turnirin təşkilində otel rəhbərliyi komandalardan daha çox maraqlıdır. Çünki onlar bununla həm şəhərin daha yaxşı tanınacağına, həm də digər millilərin və klubların həmin məkana marağının artacağına inanırlar.

Hətta İsparta sakinlərinə çağırış da edilib. Onlar insanları oyunlar üçün stadiona dəvət edib. Turnir çərçivəsində iyunun 3-də Bəhreyn – Qırğızıstan, 6-da Azərbaycan – Bəhreyn, 9-da isə Azərbaycan – Qırğızıstan görüşü keçiriləcək.

Shares: