Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma “Tipos Arena”da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib – 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.

Shares: