“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu yamaykalı vinger Renaldo Sefasla anlaşıb.

Onunla bütün məsələlərdə razılıq əldə olunub və futbolçu “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışına qatılıb.

Renaldo Sefas Ağdam klubunu tərk edəcək Leandro Andradenin yerinə heyətə qatılıb.

Qeyd edək ki, Renaldo Sefas peşəkar karyerasına Yamaykanın “Arnett Qardens” klubunda başlayıb. 2022-ci ildə o, Şimali Makedoniyanın “Şkupi” klubuna keçib. Burada bir il oynadıqdan sonra isə Türkiyənin “Ankaragücü” klubuna transfer olunub. Ankara təmsilçisində 2 mövsüm keçirib. Orada 58 oyunda 11 qol vurub. 2025-ci ildən isə o, Rusiyanın “Pari Nijniy Novqorod” klubunda oynayır. O, bu klubda 25 oyuna çıxıb və 1 qol vurub.

“Qarabağ” onu transfer məbləği ödəyərək heyətinə qatıb. Çünki Sefasın ruslarla müqaviləsi var.

Shares: