Dünya futbolu
Neymar Ronaldoya cəza verilməsinin istəyir
"Barselona"nın hücumçusu Neymar "Real"…
"Barselona"nın hücumçusu Neymar "Real"lı Kriştianu Ronaldonun "Kordoba" ilə matçda rəqib oyunçunu vurması ilə bağlı epizoda münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, braziliyalı forvard təxribatın xoşagəlməz hal olduğunu vurğulayıb:
"Mən İntizam Komitəsində işləmirəm və bu barədə bir şey deyə bilmərəm. Belə epizodlar cəzaya layiqdi. Hücumçular tez-tez rəqib oyunçular tərəfindən təxribat və hədəyə məruz qalır. Zidanının dünya çempionatının finalındakı hadisəsi və mənim məruz qaldığım təxribatlar da olub. Bu cür hərəkətlərə haqq qazandırmaq olmaz".