Premyer-liqa
Orxan Sadıqlı qayıtdı
Topaz Premyer Liqasının 23-cü turunda “Xəzər Lənkəran…
Topaz Premyer Liqasının 23-cü turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ötən tur istirahət edən cənublular artıq “qırmızı-qaralar”la oyunun hazırlığına start verib.
Zədə səbəbi ilə əməliyyat olunan Orxan Sadıqlı bu problemi geridə qoyub. Gənc qapıçı artıq komanda ilə birgə məşqlərdə iştirak edir. Zədəli olan Adrian Skarlatake və Ruslan Cəfərov isə hələ ki, bu problemdən qurtula bilmir. Onu da əlavə ki, Elbur Məmmədovun yetirmələri sabah Lənkərandan səhər məşqini etdikdən sonra Qəbələyə yola düşəcək.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 19-da baş tutacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-20 09:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-18 22:52
“Zirə” “Şerif”ə penaltilər seriyasında məğlub oldu
- Ölkə futbolu2024-07-19 19:38
Premyer Liqa və ölkə kubokunda yeni mövsümün təqvimi açıqlandı
- Ölkə futbolu2024-07-19 11:30
Maksim Medvedev müqavilə bağladı