Bakı "İnter"i heyətində növbəti itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 32-ci turunda "Simurq"la səfər oyununa çıxacaq paytaxt təmsilçisi zədəli olan Nildo, Giorgi Lomaya və Asif Məmmədovdan sonra daha bir futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. 
Belə ki, ötən tur AZAL ilə matçda sarı vərəqə alaraq, cəzalı duruma düşən Coşqun Diniyev də Zaqatalaya aparılmayacaq.
Qeyd edək ki, "Simurq" – "İnter" matçı mayın 1-də saat 17:00-da Zaqatala şəhər stadionunda baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp