“Feyenoord”da icarə əsasında oynayan Türkiyə millisinin üzvü Kazım Kazım Hollandiya klubunun tamhüquqlu oyunçusu olub. Futbolinfo.az xəbər verir ki, “qırmızı-ağlar” hücumçu ilə 2 illik müqavilə bağlayıb. 
Klub saytından verilən rəsmi açıqlamada transfer səlahiyyəti “Bursaspor”da olan 28 yaşlı forvardla 2017-ci ilədək sözləşmə imzalandığı bildirilib.
Qeyd edək ki, cari mövsümün əvvəlində “Feyenoord”a keçən Kazım klubunun ən məhsuldar futbolçusudu. O, cari mövsüm Hollandiya nçempionatında çıxdığı 25 matçda 11 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp