AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişi ilə "Neftçi"də kütləvi ixtisarlara başlanıb. Futbolinfo.az xəbər verir ki, klubda çalışan fəhlələr, futbolçuların paltarlarını – yəni formalarını yuyan üç qadın, xadimələr, təhlükəsizlik xidmətinin işçiləri işdən azad olunub.
Halbuki, "Neftçi"nin Müşahidə Şurasının icazəsi olmadan heç bir qərar verilə bilməz. Bu, Müşahidə Şurasının ilk iclasında deyilib. Şuranın sədri Çingiz Abdullayev də mətbuata həmişə açıqlamasında klubla bağlı bütün qərarların şurada veriləcəyini deyib. Belə çıxır ki, Klublar Komitəsi, Məşqçilər Komitəsi kimi "Neftçi"nin də Müşahidə Şurası boş bir şeydi.
Elxan Məmmədovun göstərişi ilə icraçı direktor Elnur Məmmədov 35 nəfərin işdən çıxmaqla bağlı ərizələrini alıb. Mübariz Xudiyev icraçı direktorun muavini olub. Mətbuat xidmətinin qısa zamanda Elnur Məmmədovla dostluq əlaqələri quran 4-5 əməkdaşı isə klubda yüksək postlar tutacaqla.
(komanda.az) 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp