Qvineya millisinin yeni baş məşqçisi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, komandanın başına ispan əslli fransalı mütəxəssis Luis Fernandez gətirilib. 
O, bu postda Mihayl Dyuzeri əvəz edib. 55 yaşlı çalışdırıcı ilə Qvineya millisi arasında 2017-ci ilədək sözləşmə imzalanıb.
Qeyd edək ki, Fransada PSJ, İspaniyada “Atletik”, “Espanyol” və “Betis” kimi komandaları çalışdırmış Fernandezin son iş yeri 2011-ci ildə ayrıldığı İsrail yığması olmuşdu. Qvineya isə qatıldığı son turnir olan 2015 Afrika Millətlər Kubokuna 1/4 finalda vida etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp