PSJ "Yuventus"un ulduz futbolçusu Paul Poqba üçün təkidini davam etdirir. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi fransalı üçün fantastik məbləğ təklif edib. 
Yerli mətbuatın yazdığına görə, bir neçə gündü futbolçunun transferi ilə bağlı görüşlər davam edir. PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Poqba ilə görüşdüyünü təsdiqləyib. Monakoda baş tutan görüşdə klub prezidenti yarımmüdafiəçinin keçidi üçün "Yuventus"a 80 milyon avro təklif edib.
Xəlafi məsələni belə şərh edib: "Niyə Poqba ilə görüşdüm? Çünki o böyük bir istedaddı. Bununla yanaşı, o fransalıdı və Parisdəndi".
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp