Dünya futbolu
“Beşiktaş”dan ilk transfer
Türkiyənin “Beşiktaş” klubu ilk transferini realla…
Türkiyənin “Beşiktaş” klubu ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” “Gənclərbirliyi”nin üzvü Dusko Toşiçi heyətinə qatıb.
İstanbul təmsilçisi ankaralılarla müqaviləsi başa çatan serbiyalı sol cinah müdafiəçi ilə illik 850 min avro qarşılığında razılaşıb. Tərəflər 2 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Toşiç 2012-ci ildən “qırmızı-qaralar”da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm 31 oyunda meydana çıxaraq, 1 dəfə fərqlənib.