“Team Coop – Repsol” komandasının norveçli velosipedçisi, 25 yaşlı Andre Drege “Tour of Austria”nın dördüncü mərhələsində vəfat edib. Bu barədə “The Guardian” nəşri xəbər verib.

Drege Qrobqlokner dağında yıxılaraq aldığı xəsarətlərdən ölüb. Hadisədən sonra bütün mükafatlandırma mərasimləri ləğv edilib. Bundan sonra final mərhələsinin keçirilməsi şübhə altındadır.

“UCI, Avstriya Turunda velosipedçi Andre Dregenin ölümü ilə bağlı xəbərdən şoka düşüb. Qəlbimiz onun ailəsi, dostları və komanda yoldaşları ilə birlikdədir”, – deyə Beynəlxalq Velosipedçilər İttifaqının bəyanatında deyilir.

Bu mövsüm Drege iki mərhələdə – Rodos Turu və Cənubi Egey Adalarına Ziyarət yarışlarının qalibi olub. “Tour of Austria” iyulun 3-dən iyulun 7-dək Avstriya yollarında keçirilən velosiped yarışıdır. Yarış 1947-ci ildən hər il keçirilir və Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə daxildir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp