2014-2015 mövsümünü qızıl dublla başa vuran "Qarabağ" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisində legionerlər vətənlərinə yollansalar da, milliyə dəvət alan futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadılar. 
"Atlılar" yeni mövsüm üçün İyunun 18-də yığışacaq. Çempionlar Lİqasının 2-ci təsnifat mərhələsindən yarışa başlayacaq Qurban Qurbanovun komandası təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdamlılar ötən il olduğu kimi bu dəfə də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək. 
Püşkün nəticəsindən asılı olaraq, komandanın ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 İyul tarixlərində keçiriləcək. Püşkə görə Premyer Liqa təmsilçisi ilk oyunu evdə keçirməli olsa, İyulun 8-də Bakıya qayıdacaq.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp