Ölkə futbolu
Aleksey Antonov: "Yox, dilimdən tutmayın"
"Qəbələ"nin yeni transferi Aleksey Antonov "İnter&q…
"Qəbələ"nin yeni transferi Aleksey Antonov "İnter"lə yoxlama oyunundan sonra komandasının avrokubok perspektivləri və adaptasiyası barədə fikirlərini bölüşüb. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbirinin məlumatına görə, paytaxt təmsilçisi ilə qarşılaşmada yeganə qolun müəllifi olan ukraynalı forvard heç bir problemlə üzləşmədiyini dilə gətirib.
Ötən mövsümü Qazaxıstan "Aktobe"sinin heyətində keçirən Antonov avrokuboklarda Tiflis "Dinamo"su səddini keçməyin sirrini açmaqdan boyun qaçırdı:
"Adaptasiya dövrümün normal keçdiyini vurğulamalıyam. "Qəbələ"yə qoşulduğum cəmi 2 gündü. Hesab edirəm ki, hər şey qaydasında gedir. Düşünmürəm ki, "Dinamo"nu keçməyimiz barədə danışmağa dəyər. Çünki ötən illə müqayisədə, heyətləri yetərincə dəyişib. Hər bir komanda öz oyununa görə məsuliyyət daşıyır. Yox, dilimdən tutmayın, əvvəlcədən deyə bilmərəm ki, bu yükün altından çıxa biləcəyik, ya yox".

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı