Ölkə kuboku
Millimizin üzvü evdə məyus oldu
Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keç…
Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın 21 yaşlılardan ibarət millisinin üzvü Timur Təməltaşın şərəfini qoruduğu “Altınordu” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma azarkeşləri qarşısına “1461 Trabzon”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Timur isə 81-ci dəqiqədə meydandan çıxıb.
Qeyd edək ki, “Altınordu” 1 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.
