Mövsümün əvvəlində "Fənərbaxça"ya böyük ümidlərlə transfer olunan Robin van Persinin əsas heyətə düşməməsi yerli mətbuatda ən çox müzakirə olunan mövzulardan biridi. Futbolinfo.az xəbər verir ki, hollandiyalı ulduz daha bir hərəkəti ilə gündəmə gəlib.
Belə ki, Türkiyə Superliqasının 7-ci turunda "Akhisar BB"yə qarşı matça da ehtiyyat skamyasında başlayan 32 yaşlı forvard komandasının qoluna sevinməyib. Çox vaxt start heyətdə meydana çıxan və hücumdakı tərəfdaşı van Persini ehtiyatda saxlayan braziliyalı forvard Fernandao həmin matçda da fərqlənməyi bacarıb. Lakin ehtiyat skamyasında əyləşən oyunçuların hamısı bu qola sevinsə də, hollandiyalı futbolçu olduğu yerdə qalıb. 
Qeyd edək ki, ötən günlərdə van Persi baş məşqçi Vitor Pereyraya əsas heyətdə yer almadığı üçün narazıçılıqda etmişdi.
 
fft104mm3915617.jpg?d=4.10 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp