U-14 liqasının yeni mövsümünə darmadağın olmaqla başlayan AZAL-da komanda tam komplektləşməyib. Şənbə günü “Sumqayıt”a 0:15 hesabıyla yenilən komandanın hətta baş məşqçisi də yoxdu. Hər halda, onlar ilk turda köməkçi məşqçinin ümidinə qalmışdı.
Bununla bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifova müraciət etdik: “Bizdə U-10 və U-14 komandaları tam komplektləşməyib. Bununla bağlı iş gedir qarşıdakı həftə ərzində bütün problemlər həll ediləcək. Maddi problemlər üzündən bir çox məşqçilərimiz getdi, komandalar da təzədən yığıldı. Bu səbəbdən nətucələrimiz də pisləşib. U-14 komandasında məşqçi lisenziyası ilə bağlı problem var idi. Məşqçimiz imtahandan kəsilib lazımi kateqoriyanı ala bilməmişdi. Artıq bu problem həllini tapıb. Belə ki, Şahin Zeynalov tezliklə komandaya baş məşqçi təyin olunmalıdı. İlk turda isə komandanı meydana U-13-də baş məşqçi, U-14-də isə köməkçi olan Əli Məmmədov çıxarıb”.
AZAL-ın probleminin tezliklə bitəcəyinə ümid edirik. Elə AFFA-nın da. Çünki uşaq liqalarında yarışları təşkil edən komitə çox ləng işləyir. Onlar hətta şənbə günü baş tutan oyunların belə nəticələrini AFFA-nın rəsmi saytında yerləşdirməyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp