Bildiyiniz kimi, Avropa Çempionatı – 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya yığmasını qəbul edəcək. Futbolda ənənəvi olaraq bu cür qarşılaşmalardan əvvəl azarkeşlər, veteran futbolçular və ya icmalar arasında dostluq oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, məhz Azərbaycan – İtaliya görüşündən əvvəl Sumqayıt ictimayyətinin nüməyəndələrindən təşkil olunmuş komanda və ölkəmizdə çalışan İtaliya icmasının nümayəndələri arasında dostluq oyunu keçirilib.
"Azərkimya" İstehsalat Birliyi və "Sumqayıt" klubunun təşkilatçılığı ilə keçirilən görüş "Bayıl Arena"da baş tutub. Qarşılaşma Azərbaycan təmsilçisinin 6:3 hesablı qələbəsilə yekunlaşıb. Qeyd edək ki, Sumqayıt yığma komandasının baş məşqçisi əməkdar məşqçi, veteran futbolçu Telman Salahov olub.
Tədbirdə "Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Sumqayıt"ın prezidenti Kamran Quliyev, İtaliyanın ölkəmizdəki səfiri Campaolo Kutillyo və AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev də iştirak edib.
 
orginal f78ab2697d81ad32f056c3d27d6fccca - Futbolinfo.azorginal bdbf4e4c9525dc0daa6c01babdcf5dc4 - Futbolinfo.azorginal 70b3f22a690efd4cec5478398b0384b9 - Futbolinfo.azorginal 98be2387f35d0c7198cc8b1d2efac593 - Futbolinfo.azorginal 37bdeebdd18b466e2e23e41600c69dec - Futbolinfo.azorginal e5d5703ad335a13da8e29eaf58a03d90 - Futbolinfo.azorginal 21a040da927224a88bc158f25a9a1352 - Futbolinfo.azorginal f29637ce733dbb8a6ed077960abfc384 - Futbolinfo.azorginal acd4cc5ecd4f9034995a821ca3972f1d - Futbolinfo.azorginal 7988f1edcd8c631c11058123123899bb - Futbolinfo.azorginal c5b45c80e3e42c61ed3669d334181620 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp