CBC telekanalının direktoru İlham Rüstəmovun futbolinfo.az saytına müsahibəsi.
– Bir neçə gün öncə aydın oldu ki, Topaz Premyer Liqasının oyunlarının videogörüntülərini nümayiş etdirmək istəyən qurum mütləq rəhbəri olduğunuz telekanalla müqavilə imzalamalıdı. Ancaq artıq PFL və “Qəbələ” videogörüntüləri öz saytlarında yerləşdiriblər.
– Topaz Premyer Liqasının bütün iştirakçıları, AFFA və PFL bu layihənin iştirakçılarıdı və təbii ki, qadağa onlara şamil olunmur.
– Dünən sosial şəbəkələr, habelə "Youtube" kanalında videogörüntülərə rast gəlmək mümkün idi…
– Bəli, özüm də xeyli sayda videoları izləmişəm. Ancaq hazırda bununla mübarizə aparmaq üçün Azərbaycanda heç bir mexanizm yoxdu. "Youtube" kanalına gəlincə, bu kanalın sahibi olan “Google” şirkətinə bu gün rəsmi məktubla müraciət etmişik. Görək cavabları nə olacaq.
– Ölkəmizdə yayımlanan futbol verlişlərində videogörüntülərlə bağlı vəziyyət necə olacaq?
– Bu günədək 1 nəfər də olsun bizə müraciət etməyib. 
– Axı bu gün həmin verlişlər işıq üzü görməlidi…
– Qoy görsün. Hələ ki, başımız daha ciddi məsələlərə qarışıqdı. Ancaq zamanla hər şey qaydasına düşəcək.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp