Topaz Premyer Liqasının 7-ci turunda "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edən "Qəbələ" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, "qara-qırmızılar" 3 gün dincələcək.
Oktyabrın 8-də bir araya gələcəklər komanda növbəti turun hazırlıqlarına başlayacaq. Milli komandamızın oyunları ilə əlaqədar olaraq çempionatda yaranmış fasilədən istifadə edən Roman Qriqorçuk yetirmələrini növbəti matça daha rahat hazırlaya biləcək. 
Qeyd edək ki, "Qəbələ" TPL-in növbəti turunda səfərdə "Neftçi"nin qonağı olacaq. Bu görüş oktyabrın 18-də baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp