Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərov sosial şəbəkədə paylaşdığı şəkillə gündəmə gəlib. Son vaxtların ən çox inkişaf edən oyunçularından biri iştirak etdiyi “Neftçi” – “Xəzər Lənkəran” oyunundan foto paylaşaraq, demək olar ki, “Neftçi”nin oyunçularına od qoyub. 
“Bu dəfə dördü ilə şəkil çəkdirdim, gələn oyun beş altısı ilə çəkdirəm gərək” yazan Elnur rəqibinə ilişib. 
Qeyd edək ki, sonuncu “Neftçi” – “Xəzər Lənkəran” (1-1) oyununda Elnur “Neftçi”nin 4 oyunçusunun – Əziz Quliyev, Rahil Məmmədov, Melli və Erik Ramosun ətrafında topu qəbul etməyə çalışır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp